IMG-LOGO

Bakıda taxta bazarında yanğın baş verdi

01 Nov 2026 05:30 5 baxış
IMG
0 0

Bakının Nizami rayonunda taxta bazarında güclü yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Keşlə Ət Kombinatının ərazisində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

bakı taxta bazarı yanğın

Mənbə: lent.az

Xəbər lenti