İspaniyanın “Real”ın müdafiəçisi Eder Militaonun evi komandasının “Barselona” ilə səfər oyunu zamanı qarət edilib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, futbolçunun evindən 350 min avrodan çox dəyərində zinət əşyaları və saatlar oğurlanıb.
Polisin məlumatına görə, azı iki nəfər evin üçüncü mərtəbəsindəki hamam otağının pəncərəsindən içəri daxil olub. Həmin vaxt futbolçunun qohumları birinci mərtəbədə televizor vasitəsilə oyunu izləyirmişlər.
Oğrular Militaonun yataq otağından qiymətli əşyaları aparıblar. Evdə siqnalizasiya sistemi söndürülüb, təhlükəsizlik kameraları isə cinayətkarları yalnız bir neçə saniyə qeydə ala bilib. Bundan sonra oğrular kameralardan birini qoparıblar.
Evə qayıtdıqdan sonra oğurluq hadisəsindən xəbər tutan futbolçu şəxsi əhəmiyyət daşıyan bəzi əşyalarını geri qaytarmağa çalışır.
Militao bunun üçün xüsusi detektiv də tutub. Detektiv oğurluğun futbolçunun yaxın ətrafından olan şəxslər tərəfindən təşkil edilmiş ola biləcəyini istisna etməyib.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Real Madrid Eder Militao Barselona futbol oğurluq İspaniya
Mənbə: lent.az