IMG-LOGO

Kuba Prezidenti: ABŞ-nin istefamı tələb etmək hüququ yoxdur

10 Apr 2026 05:55 4 baxış
IMG

Kuba Prezidenti Migel Dias-Kanel Bermudes bildirib ki, ABŞ-nin onun dövlət başçısı vəzifəsindən istefasını tələb etmək hüququ yoxdur.

"Report"un məlumatına görə, o, bunu "NBC News" telekanalına müsahibəsində deyib.

"Əgər Kuba xalqı mənim vəzifələrimi yerinə yetirmədiyim qənaətinə gələrsə, onda prezident vəzifəsində qalmamalıyam; mən onların qarşısında cavab verəcəyəm. Lakin ABŞ bizə heç nə zorla qəbul etdirə bilməz. Kubaya qarşı düşmənçilik siyasəti yürüdən ABŞ hökumətinin Kubadan heç nə tələb etmək üçün mənəvi haqqı yoxdur", - Migel Dias-Kanel Bermudes qeyd edib.

Xəbər lenti