IMG-LOGO

Tramp Mayamidə keçiriləcək G20 sammitinə Zelenskini dəvət etmək niyyətindədir

01 Nov 2026 05:20 8 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini dekabr ayında Mayami (Florida ştatı) yaxınlığında keçiriləcək G20 sammitinə dəvət etmək niyyətində olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərə Zelenskinin G20 liderlərinin görüşündə mümkün iştirakı ilə bağlı sualı cavablandırarkən deyib.

"Bəli, bununla bağlı problem yoxdur", - Tramp bildirib.

O həmçinin Rusiya və Ukrayna arasındakı münaqişənin yaxın gələcəkdə başa çatacağına əminliyini ifadə edib.

"Hesab edirəm ki, Ukrayna və Rusiya arasındakı müharibə o qədər də uzaq olmayan gələcəkdə başa çatacaq", - ABŞ Prezidenti əlavə edib.

Mənbə: report.az

Xəbər lenti