IMG-LOGO

ABŞ-də stadionda atışma zamanı bir neçə nəfər xəsarət alıb

01 Nov 2026 07:26 6 baxış
IMG

Amerikanın Birmingem şəhərində (Alabama ştatı) "Legion Field" stadionunun ərazisində atışma baş verib, bir neçə nəfər xəsarət alıb.

"Report" "ABC News" telekanalına istinadən xəbər verir ki, hadisə oktyabrın 31-i axşam saatlarında, Amerika futbolu üzrə matç başa çatdıqdan bir neçə saat sonra baş verib.

İlkin məlumatlara görə, atışma yerli vaxtla təxminən 19:50-də baş verib.

Xəsarət alanların sayı barədə məlumat yoxdur.

Mənbə: report.az

Xəbər lenti