Amerikalı aktyor Maykl Duqlas üçqat “Oskar” mükafatçısı Cek Nikolsonun yenidən filmə çəkilmək niyyətində olmadığını bildirib.
Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
82 yaşlı Duqlas açıqlamasında 89 yaşlı Nikolsonla hələ də görüşdüyünü, lakin onun artıq aktyorluq fəaliyyəti ilə məşğul olmadığını söyləyib. O, həmkarının ictimai həyatdan uzaqlaşdığını bildirib.
Duqlasın sözlərinə görə, Nikolson hazırda sakit həyat tərzi keçirir və bəzən evinin yaxınlığında başmaqları ilə gəzərkən görünür. Aktyor onunla yenidən eyni layihədə rol almaq istədiyini də gizlətməyib.
Qeyd edək ki, Cek Nikolsonun son filmi 2010-cu ildə nümayiş olunan “How Do You Know” romantik komediyası olub. Bundan əvvəl onun kinoya qayıda biləcəyi barədə ehtimallar səsləndirilmişdi.
Cek Nikolson Maykl Duqlas Hollivud
Mənbə: lent.az