IMG-LOGO

Bakıda məşhur restoranda 14 nəfər qidadan zəhərlənib - İDDİA

01 Nov 2026 00:50 4 baxış
IMG
0 0

Bakının Nizami rayonunda yerləşən “Qızıl qaya” restoranında kütləvi qida zəhərlənməsi baş verdiyi iddia olunur.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mikayıl Əliyev küçəsi, 131 ünvanında yerləşən restoranda qeydə alınıb.

Bildirilib ki, restoranda təxminən 34 nəfər əlilliyi olan şəxsin iştirakı ilə toplantı keçirilib. İştirakçılardan 14-ü qidadan zəhərləndiyini iddia edib.

Məlumata görə, onlardan 5-i vəziyyətlərinin ağır olması səbəbindən xəstəxanaya aparılıb.

Hadisə yerinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

bakı restoran zəhərlənmə

Mənbə: lent.az

Xəbər lenti