Polşanın Baş naziri Donald Tusk bildirib ki, ölkənin Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı mübahisədə prezident Karol Navrotski ilə kompromisə getmək niyyətində deyil.
"Report" "TVP Info" telekanalına istinadən xəbər verir ki, bu barədə hökumət başçısı xalqa axşam müraciətində bildirib.
"Biz bu xəzinəni - müstəqil və demokratik Polşanı indi qorxub geri çəkilmək üçün gözləməmişik ki", - Tusk vurğulayıb.
Baş nazir hazırkı prezident Karol Navrotskini və onun sələfi Anjey Dudanı ölkədə qanunun aliliyini sarsıtmaqda ittiham edib.
"Hüquqi dövlətdə siyasətçi məhkəmənin işinə qarışa, göstərişlər verə və hakimləri qorxuda bilməz, hətta o, prezident olsa belə", - Polşa hökumətinin başçısı bildirib.
Mənbə: report.az