IMG-LOGO

Qaxda 7 nəfər zəhərləndi, 5-i Bakıya təxliyə edildi

31 Oct 2026 21:49 3 baxış
IMG
1 0

Qaxda 7 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 29-da Qax şəhərində baş verib.

Zəhərlənmə diaqnozu ilə 6 kişi və 1 qadın Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə daxil olub.

TƏBİB-dən verilən məlumata görə, pasiyentlərə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 2 nəfər (1 qadın və 1 kişi) ambulator müalicə üçün evə buraxılıb.

Digər 5 nəfər isə oktyabrın 29-da saat 21:00 radələrində daha ixtisaslı tibbi yardım almaq üçün Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzə təxliyə edilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

İlkin məlumata görə, həmin şəxslərin göbələkdən zəhərləndiyi ehtimal olunur.

qax zəhərlənmə

Mənbə: lent.az

Xəbər lenti