IMG-LOGO

Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədri təyin olunması təklif edilib

31 Oct 2026 22:02 3 baxış
IMG

Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin təyin edilməsini təklif edib.

"Report" N1-ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək.

"STP sədri kimi mən sizə, baş şuranın üzvlərinə, dekabrın 13-də partiyanın yeni rəhbərliyini seçəcəyimiz və partiyanı qarşıdakı dövrə hazırlayacağımız növbədənkənar məclis iclasının çağırılması barədə qərar qəbul etməyi təklif edirəm", - Vuçeviç Belqradda STP baş şurasının iclasında bildirib.

Qeyd edək ki, Vuçiç 2012-ci ildən 2023-cü ilə qədər partiyaya rəhbərlik edib. Cari ildə STP Serbiyada keçirilən parlament seçkilərində məğlub olub.

Mənbə: report.az

Xəbər lenti