IMG-LOGO

Tramp ABŞ-nin İranın nüvə obyektlərinə yeni zərbələr endirməsini istisna etməyib

01 Nov 2026 08:03 5 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İran ərazisindəki daha bir neçə obyekt, həmçinin yeraltı nüvə kompleksi ilə bağlı məsələni həll etməli olduğunu bildirib.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Floridadakı iqamətgahında jurnalistlərə bildirib.

"Biz onların silahlarının, demək olar, hamısını məhv etmişik. Biz bir çox istehsal güclərini sıradan çıxarmışıq. Biz onların nüvə potensialını məhv etmişik. Qarşıda hələ bir və ya iki obyektlə məşğul olmalıyıq, lakin biz bunu 10 dəqiqə ərzində edə bilərik", - Tramp bildirib.

Onun sözlərinə görə, yeni zərbələr üçün mümkün obyektlərdən biri ABŞ-də "Pickaxe Mountain" kimi tanınan dağın altında olduğu ehtimal edilən yeraltı nüvə kompleksi ola bilər.

"Yəqin ki, biz "Pickaxe Mountain"ə diqqət yetirməli və bu məsələni həll etməliyik. Biz bunu çox tez edə bilərik", - ABŞ Prezidenti əlavə edib.

Mənbə: report.az

Xəbər lenti