IMG-LOGO

Sabirabadda avtomobil piyadanı vurdu, vəziyyəti ağırdır

31 Oct 2026 21:21 4 baxış
IMG
1 0  

Sabirabad rayonunda avtomobilin vurduğu piyada ağır xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə rayonun Çölbeşdəli kəndində qeydə alınıb. Minik avtomobili yolun kənarında dayanan kənd sakini Yaşar Qubalı oğlu Məmmədovu vurub.

Nəticədə piyada açıq kəllə-beyin travması alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

sabirabad qəza

Mənbə: lent.az

Xəbər lenti