IMG-LOGO

Zelenski Ukrayna üzrə danışıqların Türkiyədə keçirilməsini təklif edib

31 Oct 2026 21:23 3 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin nizamlanması üzrə üçtərəfli danışıqların Türkiyədə keçirilməsini təklif edib.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, o bu barədə Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Kiyev üçtərəfli görüşə hazırlaşır və Ərdoğanla danışıqlar zamanı Zelenski belə bir görüşün Türkiyədə keçirilməsi və prosesə Ankaranın, eləcə də Ukraynanın Avropa və digər tərəfdaşlarının cəlb edilməsi imkanını müzakirə edib.

Bundan əlavə, Zelenski Ukrayna ilə Türkiyəni təhlükəsizlik və müdafiə sənayesi sahəsində müttəfiq adlandırıb. Onun sözlərinə görə, danışıqlar zamanı liderlər həmçinin Qara dəniz taxıl dəhlizi üzərində işləməyə dair razılığa gəliblər.

"Bu, ilk növbədə, ərzaq təhlükəsizliyinə də aiddir və bu gün biz prezidentlə (Ərdoğanla - red.) Qara dəniz taxıl dəhlizinin effektivliyi üçün iş görmək barədə razılığa gəldik", - Zelenski əlavə edib.

Mənbə: report.az

Xəbər lenti