Türkiyənin Kapital Bazarları Şurasına yeni sədr təyin edilib.
"Report" xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Resmi Gazete"də yayımlanıb.
Qərara əsasən, Vergi Yoxlama Şurasının sədri Möhsün Atçı Kapital Bazarları Şurasının yeni sədri təyin olunub.
Qeyd edək ki, şuranın keçmiş sədri Mahmud Südçü birjada manipulyasiya skandalı fonunda vəzifədən kənarlaşdırılmışdı.
Mənbə: report.az