IMG-LOGO

Azərbaycanın kollektor agentliyinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

23 Nov 2026 16:35 2 baxış
IMG

Dekabrın 7-də "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanın kollektor agentliyi - "Allall Finance" ASC-nin 205 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 410 manat olan 500 ədəd səhm kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Səhmlərə abunə yazılışı 25 noyabr - 4 dekabrda həyata keçiriləcək.

Prosesin anderrayteri "Troni İnvestisiya Şirkəti" QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, "Allall Finance"ın nizamnamə kapitalı 51 dəfə artaraq 4,1 min manatdan 209,1 min manata çatacaq.

Mənbə: report.az

Xəbər lenti