Bakının Sabunçu rayonunda usta işlədiyi evdən 80 min dollar oğurlamaqda təqsirləndirilən Sərxan Nazim oğlu Məmmədov 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
"Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.
İclasda həmçinin dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirlən şəxsin 7 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb və həmin pulu qaytarıb. Prosesdə bildirilib ki, Sərxan Məmmədov zərərçəkənin evində usta işləyib.
İttihama görə, o, Bakının Sabunçu rayonunda evin ikinci mərtəbəsindən daxil olaraq qapı və pəncərəni sındırıb. Daha sonra otağa daxil olaraq oradakı seyfdən 80 min dollar oğurlayıb.
Sərxan Məmmədov Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunub.
Mənbə: report.az