IMG-LOGO

Zambiya Ebola epidemiyası səbəbindən Konqo ilə sərhəddə nəzarəti gücləndirib

20 May 2026 01:52 4 baxış
IMG

Zambiya hakimiyyəti Ebola epidemiyası ilə əlaqədar Konqo Demokratik Respublikası ilə sərhəddə tibbi nəzarəti gücləndirib.

"Report"un Zambiyanın Milli Televiziyasına istinadən xəbərinə görə, bu barədə Milli Səhiyyə İnstitutunun direktor müavini Naim Dalal məlumat verib.

Onun sözlərinə görə, virusun müəyyən edilmiş ştammı əvvəllər məlum olan Ebola variantlarından əhəmiyyətli dərəcədə fərqlənir, halbuki ona qarşı hələ peyvənd və ya təsdiqlənmiş müalicə üsulu yoxdur.

Konqo ilə həmsərhəd olan Şimali, Luapula və Şimal-Qərb əyalətlərində bütün sanitariya nəzarəti tədbirləri tətbiq edilib.

Bundan əlavə, ölkənin altı əyalətində fövqəladə epidemioloji vəziyyətlərə cavab verən regional mərkəzlər fəaliyyətə başlayıb.

Zambiya Hakimiyyəti yeni ştamın yayılmasının qarşısının alınmasını və epidemioloji monitorinqin gücləndirilməsini olduqca zəruri hesab edir. Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət kimi tanıyıb.

Mənbə: report.az

Xəbər lenti