IMG-LOGO

"Sabah" - "Barselona" matçının baş hakimi daha əvvəl 4 dəfə Azərbaycan klublarının oyununa təyinat alıb

23 Nov 2026 14:27 3 baxış
IMG

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Sabah" - "Barselona" (İspaniya) oyununu idarə edəcək Nikolas Uolş daha əvvəl 4 dəfə Azərbaycan klublarının matçına təyinat alıb.

"Report" xəbər verir ki, 35 yaşlı ədalət təmsilçisi 2019-cu ildə Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin evdə Gürcüstanın "Dinamo" kollektivinə 0:2 hesabı ilə uduzduğu qarşılaşmada iş başında olub.

Şotlandiyalı FIFA referisi 2023-cü ildə isə "Qarabağ"ın Belçikada "Gent"ə penaltilər seriyasında 3:5 hesabı ilə məğlub olduğu (əsas vaxt 0:1) UEFA Konfrans Liqasının pley-off görüşündə dördüncü hakim funksiyasını yerinə yetirib.

O, Ağdam təmsilçisinin 2023/2024 mövsümündə Avropa Liqasının qrup mərhələsində Bakıda Norveçin "Molde" klubuna qalib gəldiyi (1:0) matçda isə VAR hakimi olub.

Uolş 2024-cü il oktyabrın 24-də Avropa Liqasının əsas mərhələsinin III turunda baş tutan "Qarabağ" - "Ayaks" (0:3) oyununu idarə edib.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" oyunu saat 21:45-də start götürəcək.

Mənbə: report.az

Xəbər lenti