Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 419,2 milyon manat investisiya qoyulub.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 57,7 % çoxdur.
Bu sektora yatırılan investisiyaların ölkə iqtisadiyyatına kapital qoyuluşunda payı 2,5 % təşkil edib.
2025-ci ildə sektora investisiya qoyuluşu 373,6 milyon manat olub. Bu, 2024-cü illə müqayisədə 46,7 % azdır.
Mənbə: report.az