IMG-LOGO

Antonio Tayani: İtaliya Azərbaycanda memarlığın inkişafına dəstək verməyə hazırdır

23 Nov 2026 14:34 3 baxış
IMG

İtaliya, gənc azərbaycanlı mütəxəssislərin təlimi də daxil olmaqla, Azərbaycanda memarlığın inkişafına dəstək göstərməyə hazırdır.

"Report" xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "Salone del Mobile" sərgisinin prezidenti bu gün gənc azərbaycanlı dizaynerlərin təlimini təşkil etməyə hazır olduğunu bəyan edib.

"Beləliklə, biz öz bilik və təcrübəmizi ötürə biləcəyik, universitetlər arasındakı əməkdaşlıq isə mütəxəssislərin Azərbaycana gəlməsi üçün imkanlar yaratmağa imkan verəcək", - Tayani qeyd edib.

O vurğulayıb ki, Bakı kimi müasir şəhərin memarlıq siması xüsusi diqqətə layiqdir və onun memarlığı ilə şəhər mühitindən heyran qaldığını etiraf edib.

"Bakıda həm tarixi, qədim şəhər hissəsi, həm də müasir məkanlar var. Şəhərlə ilk tanışlığım zamanı bu, məndə böyük təəssürat yaratdı – həqiqətən valehedicidir. Düşünürəm ki, dizayn baxımından da Bakının zənginləşdirilməsinə töhfə verə bilərik, çünki gözəllik daha yaxşı yaşamağa kömək edir", - nazir əlavə edib.

Mənbə: report.az

Xəbər lenti