IMG-LOGO

Tovuzda avtomobilin aşması nəticəsində xəsarət alanların vəziyyəti stabil qiymətləndirilir - Yenilənib

23 Nov 2026 14:34 3 baxış
IMG

Tovuz rayonunda avtomobilin körpüdən aşması nəticəsində xəsarət alanların vəziyyəti stabil qiymətləndirilir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, xəsarət alan 5 nəfər – Şəmkir rayon sakinləri, 2010-cu il təvəllüdlü Bayramova Nuray Elmar qızı və 2022-ci il təvəllüdlü Hüseynov Hüseyn Xəyal oğlu, Gədəbəy rayon sakinləri, 2024-cü il təvəllüdlü Hüseynova Aylin Xəyal qızı, 1964-cü il təvəllüdlü Hüseynova Püstə Şəmil qızı və 1992-ci il təvəllüdlü Hüseynov Xəyal Şakir oğlu saat 13:40 radələrində Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin edilən şəxslərə zəruri tibbi xidmət göstərilib. Müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

Kəllə-beyin travması diaqnozu təyin edilən 2022-ci il təvəllüdlü azyaşlı oğlanın vəziyyəti isə orta ağır qiymətləndirilir.

1961-ci il təvəllüdlü Hüseynov Şakir Şahmalı oğlunun həkiməqədər ölüm faktı qeydə alınıb.

13:17

Tovuz rayonunda avtomobilin körpüdən aşması nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yanıqpəyə kəndində qeydə alınıb.

"VAZ 2106" markalı avtomobil körpüdən aşması nəticəsində bir nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: report.az

Xəbər lenti