Bakıda "Sabah" və İspaniyanın "Barselona" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununun hakimləri müəyyənləşib.
"Report"un məlumatına görə, Liqa mərhələsinin V turunun qarşılaşması Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşü FIFA referisi Nikolas Uolş idarə edəcək.
Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.
Mənbə: report.az