IMG-LOGO

ADB dəmir yolları sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirəcək

23 Nov 2026 13:54 3 baxış
IMG

Asiya İnkişaf Bankı (ADB) dəmir yolları və anbar infrastrukturu istiqamətlərində Azərbaycanla əməkdaşlığı genişləndirəcək.

"Report" xəbər verir ki, bunu ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Jamal "Azərbaycan-İtaliya biznes forumu"nda bildirib.

Onun sözlərinə görə, bank Azərbaycanda rəqəmsallaşma və fiziki infrastrukturun inkişafı ilə bağlı dəmir yolu xətləri üzərində işləyir: "Logistik infrastruktur və anbarlar sahəsində özəl sektorla əməkdaşlıq edirik. Həmçinin multimodal daşımaların inkişafına diqqət yetiririk və sistemin səmərəli fəaliyyətini təmin etmək üçün Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) kimi tərəfdaşlarımızla çalışırıq".

Bundan başqa, o qeyd edib ki, Ələt Azad İqtisadi Zonası ciddi təşəbbüsdür: "Burada logistikanın istehsalat üçün qlobal mərkəzə çevrilmək məqsədilə necə istifadə oluna biləcəyinin gözəl nümunəsi var. Beləliklə, bunlar ADB-nin dəstək verdiyi istiqamətlərdən yalnız bəziləridir. Ölkədə əməkdaşlığımızı daha da genişləndirməyi səbirsizliklə gözləyirik".

Mənbə: report.az

Xəbər lenti