IMG-LOGO

Rütte: NATO ildə təxminən 4 milyon artilleriya mərmisi istehsal etməyi planlaşdırır

23 Nov 2026 15:35 5 baxış
IMG

Gələn il NATO ildə təxminən 4 milyon artilleriya mərmisi istehsal etmək imkanına malik olacaq.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte Berlində NATO Parlament Assambleyasında çıxışı zamanı bildirib.

"Proqnozlara görə, gələn il alyans hər il təxminən 4 milyon artilleriya mərmisi istehsal etmək gücünə malik olacaq", - M.Rütte qeyd edib.

Planlaşdırılan istehsal həcmləri 2025-ci ilin göstəricilərini demək olar ki, iki dəfə üstələyir.

Mənbə: report.az

Xəbər lenti