IMG-LOGO

"Marvel" pərəstişkarları üçün əla xəbər: Yeni “X-Men” aktyorları açıqlandı

15 Aug 2026 21:30 3 baxış
IMG
0 0

Marvel Studios yeni “X-Men” filminin əsas aktyor heyətini açıqlayıb və eyni tədbirdə “Frozen 3” haqqında da yeni detallar təqdim edib.

Lent.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Disney-nin D23 tədbirində Marvel və digər böyük layihələrlə bağlı bir sıra yeniliklər təqdim olunub. Yeni “X-Men” filmi ilə bağlı aktyor heyətinin açıqlanması tədbirin ən çox gözlənilən anlarından biri olub. Şirkət həmçinin “Frozen 3” layihəsindən yeni görüntülər və məlumatlar nümayiş etdirib.

D23-də “VisionQuest” serialının treyleri də təqdim olunub. Beləliklə, Marvel və Disney qarşıdakı illər üçün böyük ekran və televiziya layihələrini bir daha nümayiş etdirib.

Marvel X-Men

Mənbə: lent.az

Xəbər lenti