IMG-LOGO

Tiktok-da dələduzluq edən TUTULDU: xəstəyə yığdığı yardımı özünə götürdü

15 Aug 2026 14:05 3 baxış
IMG
0 0

Sosial şəbəkədə xəstə bir şəxsin görüntülərini paylaşaraq, pul yığan saxlanılıb.

Lent.az-ın xəbərinə görə, hadisə Xaçmazda qeydə alınıb.

26 yaşlı Maqsud Həsənov (şərti adla) Füzuli Kərimovun (şərti adla) xəstə vəziyyətdə olan foto və videolarını ondan icazəsiz götürərək, tiktok sosial şəbəkəsində özünə məxsus səhifədə paylaşıb. O, Füzuliyə yardım toplamaq adı ilə səhifədə özünün bank kartını yerləşdirib. Göndərilən pulları özünə götürüb. Nəticədə 2 zərərçəkmiş ona ümumilikdə 170 manat pul göndərib. Lakin sonradan onlar bu səhifənin əslində Füzuli tərəfindən idarə olunmadığını öyrəniblər.

Zərərçəkənlərin şikayətləri əsasında Maqsud Həsənov saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.

M. Həsənov ifadəsində əməlindən peşman olduğunu deyib.

Məhkəmənin qərarı ilə Maqsud Həsənov 180 saat ictimai işlər cəzasına məhkum edilib.

Hadisələr məhkəmə işləri məhkəmə qərarları həbs tiktoklerlərin həbsi dələduzluq

Mənbə: lent.az

Xəbər lenti