IMG-LOGO

Qətər 3 iranlı pilotu əsir saxlayır

15 Aug 2026 16:46 3 baxış
IMG
1 0

Qətər 3 iranlı pilotu əsirlikdə saxlayır.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin rəhbərinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentinə ünvanladığı məktubda qeyd olunub.

Komitə rəhbəri məktubda Qətərdə əsir saxlanıldığı bildirilən üç iranlı pilotun vəziyyətinin təcili araşdırılmasını istəyib.

Məktubda pilotların sağlamlıq vəziyyəti və hüquqlarının qorunması ilə bağlı narahatlıq ifadə olunub.

Qeyd olunur ki, həmin pilotlar Qətərdəki ABŞ bazasını bombalayandan sonra ələ keçiriliblər.

dünyadan xəbərlər əsir İran Qətər

Mənbə: lent.az

Xəbər lenti