İyulun 30-da Xətai rayonunda bıçaqlanaraq öldürülən Orxan Yusubov iş adamı olub.
Lent.az “unikal”a istinadən xəbər verir ki, 35 yaşlı O.Yusubov Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində qətlə yetirilib.
O, “Seaside estate” şirkətinin rəhbəri olub.
Mərhumun qardaşı Elcan Yusubovun verdiyi məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən 39 yaşlı Sabir Camalov onun qardaşının keçmiş işçisi imiş. Aralarında narazılıq yaranandan sonra onlar ayrılıblar və təqsirləndirilən şəxs özünün “Sabir Əmlak” adlı şirkətini qurub.
O.Yusubovun fotolarını təqdim edirik:
*** 30 iyul, saat: 22:07
İyulun 30-u saat 20 radələrində Xətai rayonu ərazisində qətl hadisəsi baş verib.
Lent.az xəbər verir ki, 39 yaşlı Sabir Camalov münaqişə zəminində 35 yaşlı Orxan Yusubovu bıçaqlayıb. O. Yusubov aldığı xəsarətlərdən ölüb.
Hadisəni törədib qaçan S. Camalov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Hadisələr Xətai qətl kriminal xəbərlər



Mənbə: lent.az