Bakıda daha bir evin həyətindən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsi R.Qasımov küçəsində qeydə alınıb.
40 yaşlı Ramin Nəriman oğlu Quliyevin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır.
Qeyd edək ki, Xəzər rayonu Qala qəsəbəsində də evin həyətindən meyit tapılması barədə xəbər vermişdik.
Hadisələr meyitMənbə: lent.az