IMG-LOGO

Müharibə əslində necə görünür? - Cavabı bu 5 filmdə

15 Aug 2026 11:17 6 baxış
IMG
4 0

Müharibə mövzusunda çəkilən bəzi filmlər döyüş meydanını qəhrəmanlıq hekayəsi kimi deyil, insanların sağ qalmağa çalışdığı amansız reallıq kimi təqdim edir.

Lent.az xarici KİV-ə istinadla müharibənin ağır üzünü pafoslu çıxışlar və şişirdilmiş qəhrəmanlıq səhnələri olmadan göstərən beş ekran əsərini təqdim edir.

“The Thin Red Line” (1998)

Film müharibənin dəhşəti ilə təbiətin gözəlliyi arasında kəskin ziddiyyət yaradır. Günəş, yaşıl çəmənliklər və quşların fonunda insanlar bir-birini öldürür. Buradakı əsgərlər qəhrəman kimi təqdim edilmir. Onların hər biri qorxu, yorğunluq və ölüm təhlükəsi ilə mübarizə aparır. Bəziləri ev xatirələrinə sığınır, digərləri isə yaşadıqlarının təsiri altında getdikcə sərtləşir.

“Fury” (2014)

Bred Pittin baş rolda çəkildiyi film İkinci Dünya müharibəsində hərbçilərin yaşadıqlarından bəhs edir. Uzun müddətdir döyüşən əsgərlərin əsas məqsədi artıq qəhrəman olmaq deyil, sağ qalmaqdır. Heyətə yeni qoşulan gənc əsgər isə müharibənin sərt qaydaları ilə üz-üzə qalır.

“All Quiet on the Western Front” (2022)

Erix Mariya Remarkın məşhur əsəri əsasında çəkilən film müharibənin insanı necə dəyişdirdiyini göstərir. Böyük həvəslə cəbhəyə yollanan gənclərin romantik müharibə təsəvvürləri çox qısa müddətdə yox olur. Onları ölüm, qorxu və ümidsizliklə dolu tamam başqa reallıq qarşılayır.

“1917” (2019)

İki britaniyalı əsgərə cəbhə xəttini keçərək mühüm bir mesajı çatdırmaq tapşırılır. Həmin məlumat yüzlərlə əsgərin həyatını xilas edə bilər. 

“Come and See” (1985)

Elem Klimovun çəkdiyi sovet filmi müharibəyə bir uşağın gözü ilə baxır. Dağıdılmış kəndlər, qorxu, ölüm və zorakılıq filmdə son dərəcə ağır şəkildə təqdim olunur. Əsərin mərkəzində isə yaşadıqları nəticəsində qısa müddətdə uşaqlığını itirən bir oğlan dayanır.

film kino mədəniyyət xəbərləri müharibə cəhbə

Mənbə: lent.az

Xəbər lenti