Gürcüstanın paytaxtı Tbilisidə güclü leysan yağışları fəsadlar törədib.
Lent.az xəbər verir ki, güclü yağış nəticəsində küçələr, zirzəmilər, həmçinin “Rustaveli” və “Vaja-Pşavela” metrostansiyalarını su basıb.
Meriyadan bildirilib ki, xüsusilə böyük miqdarda yağıntı Tamaraşvili prospektində qeydə alınıb.
Saburtalo rayonunda, Çikovani küçəsində qaz boru xətti zədələnib. Bununla əlaqədar yaxınlıqdakı binada yaşayan sakinlər təxliyə edilib.
Bütün problemli ərazilərdə Fövqəladə Halların İdarəolunması Xidməti və Patrul Polisi səfərbər edilib.
Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr Gürcüstan Tbilisi leysan yağış fəlakətMənbə: lent.az