Rusiyada həbsdə olan azərbaycanlı vəkil Elman Paşayevin oğlu Elvin Paşayevə qarşı ittiham irəli sürülüb.
Lent.az xəbər verir ki, sənədlərə əsasən, Elvin Paşayevə yalnız xüsusilə külli miqdarda dələduzluğa cəhd ittihamı irəli sürülüb. Ondan əlavə 8 nəfərə də qətl və dələduzluq ittihamı elan olunub. Hazırda Elvin Paşayev istintaq təcridxanasında saxlanılır.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, Elvin Paşayev mənzilin sahibinin yoxa çıxmasından sonra hüquqşünas kimi satışı ilə bağlı sövdələşməni müşayiət edib. İstintaq hesab edir ki, mənzilin sahibi iş üzrə digər şəxslər tərəfindən öldürülmüş ola bilər.
Yaxın vaxtlarda ölüm səbəbinin müəyyənləşdirilməsi üçün meyitin ekskumasiyası və ekspertizası aparılacaq.
Onun atası, vəkil Elman Paşayev Rusiyada aktyor Mixail Yefremovun müdafiəsində iştirakı və “marafonlar kraliçası” kimi tanınan Yelena Blinovskaya ilə bağlı qalmaqallı işlərlə tanınıb. Onun özünün də yaxın zamanda dələduzluq işi üzrə məhkəmə qarşısına çıxacağı bildirilir.
Hadisələr kriminal azərbaycanlı vəkil Rusiya cinayət işləri dələduzluqMənbə: lent.az