IMG-LOGO

Gizlənqaç oynayan 13 yaşlı qız faciəvi şəkildə öldü

15 Aug 2026 13:29 4 baxış
IMG
0 0

Rusiyanın Zabaykal diyarının Borzya şəhərində 13 yaşlı qız gizlənqaç oynayarkən lift şaxtasına düşərək ölüb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, bir qrup uşaq tərk edilmiş binaya daxil olub.

Gizlənqaç oynayarkən uşaqlar ayrılıblar. Qaranlıqda hərəkət edən 13 yaşlı məktəbli qız açıq lift şaxtasına düşüb və aldığı xəsarətlərdən ölüb.

Hadisə ilə bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə cinayət işi başlanıb. İstintaqçılar hadisənin digər təfərrüatlarını araşdırırlar.

Hadisə dünyadan xəbərlər ölüm meyit kriminal xəbərlər

Mənbə: lent.az

Xəbər lenti