IMG-LOGO

Antarktidada nadir təbiət hadisəsi - FOTO

15 Aug 2026 18:10 3 baxış
IMG
3 0

Qalindez adasında yerləşən “Akademik Vernadski” stansiyasının tədqiqatçıları olduqca nadir atmosfer hadisəsini qeydə alıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər Antarktidadakı “Akademik Vernadski” stansiyasında sədəfvari, yəni qütb stratosfer buludlarını görüntüləyiblər. Məlumata görə, fotonun unikallığı göy qurşağı rənglərində parıltının gecə saatlarında, Ay işığında çəkilməsidir. Alimlər bildiriblər ki, müşahidələr tarixində belə görüntü ilk dəfə yayımlanıb.

Mütəxəssislərin sözlərinə görə, sədəfvari buludlar quru stratosferdə, 15-30 kilometr yüksəklikdə formalaşır.

Rütubət bu təbəqəyə güclü dağ dalğaları və ya intensiv siklonlar vasitəsilə daşınır. Temperatur mənfi 50 dərəcədən aşağı düşdükdə mikroskopik su damcıları donaraq ideal buz kristallarına çevrilir.

İşıq bu kristallardan keçərkən sınır və müxtəlif spektral rənglərə ayrılır. Bu proses irizasiya adlanır. Adətən belə hadisə günəşin doğuşu və ya qürubu zamanı müşahidə edilir. Lakin bu dəfə parlaq Ay işığı və tamamilə qaranlıq gecə səması göy qurşağı rənglərinin aydın görünməsi üçün ideal şərait yaradıb.

təbiət hadisəsi nadir təbiət hadisəsi

Mənbə: lent.az

Xəbər lenti