IMG-LOGO

Tbilisi leysana təslim oldu: su basmayan yer qalmadı - GÖRÜNTÜLƏR - YENİLƏNİB

15 Aug 2026 17:41 3 baxış
IMG
12 0

Xəbər verdiyimiz kimi, aramsız leysan yağışları Gürcüstanın paytaxtı Tbilisi şəhərində böyük fəsadlar törədib.

Lent.az xəbər verir ki, yayılan görüntülərdə şəhərin əksər küçələrini su basdığı, nəqliyyatın hərəkətinin iflic olduğu görünür. Məlumatlara görə, şəhərin drenaj və kanalizasiya sistemləri güclü yağışlara tab gətirə bilməyib.

Yaranmış fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumlar təxirəsalınmaz tədbirlər görməkdə davam edirlər.

“Tbilisidə yağan güclü yağış bütün 10 rayonda problemlər yaradıb. Yolların hərəkət hissəsinə daş və çınqıl yığılıb. Əməkdaşlarımız 24 saatlıq rejimdə təmizləmə işləri aparırlar. Xüsusilə Vake,

Mtatsminda və Krtsanisi rayonlarında güclü yağıntı müşahidə olunub. 500-dən çox işçi və 30 əməkdaş bütün ərazilərdə səfərbər olunaraq fəsadların aradan qaldırılması işlərinə cəlb edilib. İşlər problemlər tam aradan qaldırılanadək davam edəcək”, – deyə “Tbilservis Group”un rəhbəri Giorgi Papava bildirib.

Yağıntı xüsusilə Çuğureti, Vake, Krtsanisi və Mtatsminda rayonlarında yaşayanlara ciddi ziyan vurub. Fərdi evlər və zirzəmilər su altında qalıb. Okrokana ərazisində, Sürix küçəsi 21 ünvanında istinad divarı uçub.

Bundan əlavə, güclü yağış nəticəsində Nadzaladevi rayonunun Sanerge küçəsində torpaq sürüşməsi baş verib və yaşayış evlərindən birinin divarı zədələnib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Baxtrioni küçəsində avtomobillər yamacdan sürüşüb gələn torpaq kütləsinin altında qalıb.

*** 12:24

Gürcüstanın paytaxtı Tbilisidə güclü leysan yağışları fəsadlar törədib.

Lent.az xəbər verir ki, güclü yağış nəticəsində küçələr, zirzəmilər, həmçinin “Rustaveli” və “Vaja-Pşavela” metrostansiyalarını su basıb.

Meriyadan bildirilib ki, xüsusilə böyük miqdarda yağıntı Tamaraşvili prospektində qeydə alınıb.

Saburtalo rayonunda, Çikovani küçəsində qaz boru xətti zədələnib. Bununla əlaqədar yaxınlıqdakı binada yaşayan sakinlər təxliyə edilib.

Bütün problemli ərazilərdə Fövqəladə Halların İdarəolunması Xidməti və Patrul Polisi səfərbər edilib.

Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr Gürcüstan Tbilisi leysan yağış fəlakət video videolent

Mənbə: lent.az

Xəbər lenti