IMG-LOGO

UFC Ağ Evin qarşısında tarixi turnir üçün 60 milyon dollar büdcə ayıracaq

25 Feb 2026 14:28 3 baxış
IMG

UFC Ağ Evin qarşısında keçirəcəyi tarixi turnir üçün 60 milyon dollar büdcə ayıracaq.

"Report" "MMA Fighting"ə istinadən xəbər verir ki, ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək döyüşlər üçün Ağ Evin qarşısındakı cənub çəmənliyində xüsusi oktaqon və tamaşaçı tribunaları quraşdırılacaq.

Məlumata görə, idmançıların arenaya "Oval ofis"dən çıxacağı gözlənilir. "UFC White House" adlanan turnir 2026-cı il iyunun 14-nə planlaşdırılıb. Tədbir ABŞ-nin müstəqilliyinin 250 illiyi və ölkə prezidenti Donald Trampın 80 illik yubileyinə həsr olunub.

Qeyd edək ki, gecənin əsas döyüşünün İliya Topuriya (İspaniya) və Castin Qetji (ABŞ) arasında baş tutacağı gözlənilir.

Xəbər lenti