IMG-LOGO

Məşhur musiqi şirkətinin rəhbəri xəstəxanaya yerləşdirildi

23 Aug 2026 01:25 3 baxış
IMG
0 0

Quality Control Music şirkətinin həmtəsisçisi Pierre “P” Thomas tibbi təcili vəziyyətdən sonra xəstəxanaya yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə People məlumat yayıb.

Şirkət rəhbərinin xəstəxanaya yerləşdirildiyini avqustun 21-də təsdiqləyib. Onun səhhəti ilə bağlı bütün detallar açıqlanmasa da, Thomas-ın hazırda tibbi nəzarət altında olduğu bildirilib.

Pierre Thomas Atlanta musiqi sənayesinin tanınmış simalarından biridir və Migos, Lil Baby və digər məşhur sənətçilərin karyerasında rol oynayan Quality Control Music şirkətinin yaradıcılarından sayılır.

Quality Control Music

Mənbə: lent.az

Xəbər lenti