İspaniyada keçirilən korrida (öküz döyüşü) zamanı məşhur matador (öküz döyüşçüsü) David Fandila ağır xəsarət alıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə tamaşaçıların gözü qarşısında baş verib və anbaan kameraya düşüb.
Korrida zamanı öküz matadoru buynuzları ilə havaya qaldıraraq qasıq nahiyəsindən ağır yaralayıb. Hadisədən dərhal sonra arenadakı digər matadorlar və köməkçilər Fandilanın yanına qaçaraq onu öküzdən qorumağa çalışıblar.
Yaralanan matador onların köməyi ilə axsaya-axsaya arenanı tərk edib.
Xəstəxanaya yerləşdirilən matadora dərhal tibbi yardım göstərilib. Lakin məlumata görə, həkimlər kişinin cinsi orqanını amputasiya etməli olublar.
Sizin brauzer video tagını dəstəkləmir. öküz matador öküz yarışı dünyadan xəbərlərMənbə: lent.az