IMG-LOGO

M6 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilir

22 Aug 2026 12:27 2 baxış
IMG
0 0

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir.

AYNA-dan Lent.az-a bildirilib ki, vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.   Metronun “Koroğlu” stansiyasından “Elmlər Akademiyası” və “Nizami” stansiyaları istiqamətində sərnişin tələbatının qarşılanması məqsədilə avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar “Nizami”metrostansiyasından keçəcək və aralıq dayanacaq olaraq burada saxlayacaq. Ekspres marşrut xətti uzadılaraq son dayanacaq məntəqəsi “Koroğlu” metrostansiyası təyin ediləcək. Bununla da M6 nömrəli ekspres marşrutu “Koroğlu”, “Gənclik”, “Nizami” və “Elmlər Akademiyası” stansiyalarını əlaqələndirəcək.

AYNA M6 AVTOBUS

Mənbə: lent.az

Xəbər lenti