Hollivudun əfsanəvi ulduzu Merilin Monronun yaratdığı kino obrazları üzərindən onilliklər keçməsinə baxmayaraq, moda dünyasına təsirini qoruyub saxlayır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Monronun ən yaddaqalan ekran görünüşlərindən biri 1959-cu ildə çəkilmiş “Some Like It Hot” filmində olub. Onun canlandırdığı Şuqar obrazının olduqca açıq səhnə geyimləri həmin dövr üçün cəsarətli seçim hesab edilirdi. Aktrisa bəzi səhnələrdə obrazını xəz aksesuarlarla tamamlayıb.
Merilin Monronun kino tarixində ən məşhur görünüşü isə 1955-ci ildə ekranlara çıxan “The Seven Year Itch” filmi ilə bağlıdır. Metro ventilyasiya barmaqlığının üzərində dayanarkən küləyin qaldırdığı ağ donunun ətəyini saxlamağa çalışan Monronun görüntüsü sonradan Hollivudun ən məşhur kadrlarından birinə çevrilib.
1953-cü ildə çəkilən “Niagara” filmində isə Monronun daha fərqli üslubunu görmək mümkündür. Aktrisanın həmin ekran əsərində geyindiyi midi ətəklər, bədən quruluşunu vurğulayan donlar və iri biçimli pencəklər bu gün də aktual görünür.
Maraqlıdır ki, həmin dövrün bəzi geyim kombinasiyaları müasir moda tendensiyalarına olduqca yaxındır. Xüsusilə kişi pencəyini xatırladan geniş üst geyimləri illər sonra yenidən qadın modasının əsas trendlərindən birinə çevrilib.
Merlin Monro film kino moda aktrisaMənbə: lent.az