Çilidə yerləşən və Yer kürəsinin ən quraq bölgələrindən biri hesab edilən Atakama səhrasına qar yağıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, qeyri-adi hava hadisəsinə frontal siklon səbəb olub.
Qar Çilinin Syerra-Vikunya-Makkenna dağ silsiləsində yerləşən Serro-Armasones dağının yamaclarında müşahidə edilib.
Qar örtüyü böyük liman şəhəri Antofaqastadan 130 kilometr aralıda yerləşən qayalı əraziləri ağ rəngə bürüyüb. Adətən qırmızımtıl-qəhvəyi rəngdə görünən qum təpələri və daşlı yaylalar müvəqqəti olaraq tamamilə ağ mənzərə alıb.
Bu ərazi üçün belə görüntü olduqca nadir hesab edilir. Atakamanın bəzi hissələrində adi yağışlar belə təxminən on ildə bir dəfə müşahidə olunur, qar yağması isə daha qeyri-adi hadisədir.
Mütəxəssislər üçün bu hadisə xüsusi maraq doğurur. Qar yağması həm Çilinin sərt və qeyri-adi təbiət mənzərəsini ortaya qoyur, həm də son dövrlərdə hava sistemlərində müşahidə edilən dəyişkənliyin daha bir nümunəsi hesab olunur.
dünyadan xəbərlər iqlim dəyişikliyi ən quraq yer Atakama səhrası Çili maraq maraqlı xəbərlər qar yağmasıMənbə: lent.az