IMG-LOGO

ABŞ Senatının komitəsi Rusiyanın "kölgə donanması"na sanksiyaların tətbiqini dəstəkləyib

30 Jan 2026 04:42 3 baxış
IMG

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın kölgə donanmasına sanksiyalar tətbiq edən qanun layihəsinin qəbul edilməsini tövsiyə edib.

"Report"un məlumatına görə, bu barədə adı çəkilən komitənin sədri, Aydaho ştatından olan respublikaçı Cim Riş və komitənin baş demokratı, Nyu-Hempşir ştatından olan Cin Şahinin birgə bəyanatında bildirilib.

Mətndə qeyd edilib ki, qanun layihəsi "təsdiqlənib" və baxılması üçün Nümayəndələr Palatasının tam tərkibinə təqdim ediləcək.

Qanunvericilər bu sənədi Tramp administrasiyasının Ukrayna böhranını həll etmək səyləri ilə əlaqələndirirlər.

Xəbər lenti