“Liverpul” Madrid “Real”ının hücumçusu Endriklə maraqlanır.
Lent.az xəbər verir ki, Mersisayd təmsilçisi 20 yaşlı forvardın transfer üçün əlçatan olub-olmaması barədə məlumat istəyib.
Yan Diomandenin “Real”a keçidindən sonra Endrikin müntəzəm oynamaq şansları azalsa da, Madrid klubu braziliyalı futbolçunu buraxmağı planlaşdırmır.
Endrik ötən mövsümün ikinci hissəsini icarə əsasında “Lion”da keçirib. O, bütün turnirlərdə meydana çıxdığı 21 oyunda 8 qol vurub və 8 məhsuldar ötürmə edib.
Futbolçunun “Real”la hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, Endrikin bazar dəyəri 40 milyon avro təşkil edir.
İdman xəbərləri futbol transferMənbə: lent.az