“WhatsApp”, mövcud iki addımlı doğrulamaya əlavə olaraq, hesabların oğurlanmasını çətinləşdirmək üçün yeni hərf və rəqəmdən ibarət parol xüsusiyyətini sınaqdan keçirir.
Lent.az xəbər verir ki, “WhatsApp” istifadəçi təhlükəsizliyini maksimum dərəcədə artırmaq üçün qeydiyyat və giriş proseslərinə yeni bir təhlükəsizlik qatı əlavə etməyə hazırlaşır.
Bu yeni xüsusiyyət sayəsində hesablar üçün artıq parol təyin etmək mümkün olacaq.
İstifadəçilər tətbiq parametrləri vasitəsilə ən azı bir hərf və rəqəmdən ibarət 6-20 simvol uzunluğunda xüsusi bir parol təyin edə biləcəklər.
Tamamilə istəyə bağlı olan bu parolu istənilən vaxt yeniləmək və ya tamamilə silmək mümkün olacaq.
Beləliklə, başqa şəxslər SIM kartı klonlamaq yolu ilə digər kodları əldə etsələr belə, xüsusi parolu bilmədən hesaba daxil ola bilməyəcəklər.
WhatsApp