IMG-LOGO

Zaqatalada 83 yaşlı kişinin meyiti tapıldı

22 Aug 2026 19:52 3 baxış
IMG
1 0

Zaqatalada 83 yaşlı kişinin meyiti tapılıb. 

Lent.az xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində qeydə alınıb.

Kənd sakini, 83 yaşlı Didiy Hacımusa oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə yaxınları tərəfindən aşkar edilib. 

D. Məmmədovun ölümünə aydınlıq gətirilməsi üçün meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Hadisələr meyit ölüm Zaqatala

Mənbə: lent.az

Xəbər lenti