IMG-LOGO

Zelenski Umerovun amerikalı danışıqçılarla görüşünün gündəliyini açıqlayıb

25 Feb 2026 14:58 3 baxış
IMG

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov fevralın 26-da amerikalı danışıqçılar – ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerlə görüş keçirəcək.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Prezidenti Volodimir Zelenskinin jurnalistlərə açıqlamasına istinadən məlumat yayıb.

"Birinci məsələ "prosperity package", yəni Ukraynanın bərpa paketidir və təfərrüatlar müzakirə olunacaq. İkinci məsələ – Rusiya ilə olacaq üçtərəfli görüşə hazırlıq görüləcək və bu görüş, bizim fikrimizcə, martın əvvəlində baş tutacaq", - o bildirib.

Bundan əlavə Zelenski vurğulayıb ki, Umerova əsir mübadiləsinin təfərrüatlarının müzakirəsi ilə bağlı tapşırıq verilib.

Xəbər lenti