IMG-LOGO

Qana XİN başçısı Ukraynaya ilk dəfə səfər edib

25 Feb 2026 13:50 3 baxış
IMG

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Qananın xarici işlər naziri Semyuel Okudzeto Ablakva ilə danışıqlar aparıb və onun səfərini tarixi səfər adlandırıb.

Bu barədə "Report" "İnterfaks-Ukraina"ya istinadən xəbər verir.

Məlumata görə, nazirlər məzmunlu danışıqlar aparıb, ikitərəfli münasibətlərin inkişafına dair bir sıra məsələləri müzakirə ediblər.

"Qanalı həmkarım Semyuel Okudzeto Ablakvanı bu gün Kiyevdə salamlamağıma şadam. Qana Respublikasının xarici işlər naziri Ukraynaya ilk dəfədir səfər edir. Ümumiyyətlə, bu, irimiqyaslı müharibənin getdiyi dövr ərazində afrikalı nazirin ilk səfəridir", - Sibiqa birgə mətbuat konfransında deyib.

O vurğulayıb ki, Ukrayna Qananı Qərbi Afrikada və bütövlükdə Afrika qitəsində mühüm tərəfdaş hesab edir.

Xəbər lenti