IMG-LOGO

İndoneziyada Semeru vulkanı yenidən püskürüb

25 Feb 2026 12:19 2 baxış
IMG

İndoneziyanın mərkəzi hissəsində Semeru vulkanı yenidən püskürüb.

"Report" xəbər verir ki, bu barədə "Antara" agentliyinin məlumatında deyilir.

Kül sütunu vulkanın kraterindən 3 min metr və ya dəniz səviyyəsindən 6 676 metr yüksəkliyə qalxıb.

İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Yumşaldılması Mərkəzi bölgə sakinlərini və turistləri ehtiyatlı olmağı və vulkanın qızmar daşlar püskürməsi riski səbəbindən kraterə 5 km radiusda yaxınlaşmamağı tövsiyə edib.

Xəbər lenti