IMG-LOGO

Ceyhun Əmrahov dünya çempionatında qızıl medal hədəfləyir

25 Feb 2026 13:03 2 baxış
IMG

Azərbaycanlı bilyardçı Ceyhun Əmrahov dünya çempionu olmaq istəyir.

İdmançı bu barədə "Report"a açıqlama verib.

Bilyardın dinamik piramida növü üzrə Azərbaycan çempionatının qalibi olan idmançı mütəmadi olaraq yarışlara qatıldığını söyləyib:

"Qarşıdakı hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır. Bayrağımızı həmişə yüksəklərdə dalğalandırmaq istəyirəm. Bir idmançı kimi özümdə bu gücü hiss edirəm və özümə inanıram".

C.Əmrahov bildirib ki, ölkə çempionu olmaq çox gözəl hissdir:

"Turnir çox yaxşı keçdi. Bizə belə şərait yaratdıqları üçün federasiyaya təşəkkür edirəm. Yığmamızın məşqçilər korpusuna dərin minnətdarlığımı bildirirəm. Məşqlərdə mənə çox kömək etdilər. Mən də öz borcumu yerinə yetirdim".

Xəbər lenti