Xaricdə təhsil almaq istəyən namizədlərə düzgün istiqamət göstərmək məqsədilə UniDestin Təhsil Mərkəzi tərəfindən ödənişsiz fərdi konsultasiya günü keçiriləcək.
Konsultasiya 27 fevral tarixində, saat 15:00-dan 19:00-dək, online və əyani formatda təşkil olunacaq.
Konsultasiyalar əvvəlcədən qeydiyyat əsasında aparılacaq, müraciət edən hər kəsə fərdi yanaşma tətbiq ediləcək. İştirakçılar görüş saatını öz seçimlərinə uyğun olaraq müəyyən edə biləcəklər.
Konsultasiyanın əsas məqsədi yalnız universitetə qəbul almaq deyil, xaricdə təhsil almaq istəyən tələbələrə doğru və real istiqamət göstərməkdir.
UniDestin müraciət edən hər kəsə
- Tələbənin büdcəsinə uyğun ölkə və universitet seçimi
- İxtisasına və akademik göstəricilərinə uyğun təhsil imkanlarının dəyərləndirilməsi
- Qəbul və sənədləşmə mərhələlərinin izahı
- Təqaüd imkanları barədə məlumat
- Qəbul və viza prosesi ilə bağlı ümumi məsləhətlər
üzrə bələdçilik edir.
Qeyd etmək istərdik ki, UniDestin Təhsil Mərkəzi qərar verən tərəf deyil – biz tələbənin məqsədlərini, imkanlarını və büdcəsini analiz edərək ona ən uyğun seçimləri təqdim edən bələdçi rolunu oynayırıq.
Son qərarı isə hər zaman tələbənin özü verir.
Ödənişsiz konsultasiya çərçivəsində Amerika, Avropa, Türkiyə və Çin universitetlərinə qəbul qaydaları və fərqli təhsil modelləri barədə ətraflı məlumat veriləcək.
Tədbirdə iştirak tam ödənişsizdir və yerlər məhduddur.
Xaricdə oxumaq istəyən namizədlərdən əvvəlcədən qeydiyyatdan keçmələri xahiş olunur.
UniDestin Təhsil Mərkəzi
Əlaqə: +994 (55) 848 03 09 +994 (50) 836 44 99 [email protected] www.unidestin.com Ünvan: AF Business House, 4-cü mərtəbə, Nizami küç. 203
Sizin brauzer video tagını dəstəkləmir. UniDestin Təhsil Mərkəzi xaricdə oxumaq istəyənlər fərdi konsultasiya